
Saxta pasport hazırlayan şəbəkə ifşa olundu
İstanbul Baş Prokurorluğunda saxta şəxsiyyət vəsiqəsi və pasport hazırlayan və istifadə edən şəbəkə haqqında aparılan araşdırma nəticəsində 82 nəfər saxlanılıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, dünəndən İstanbulun 11 rayonunda eyni vaxtda əməliyyat tədbirlərinə başlanılıb. Saxlanılanlar arasında notariat qetdiyyat baş idarələrinin müdirləri olmaqla vəzifəli şəxslər də var. Eləcə də başqa ölkə vətəndaşlarına saxta kimliklər hazırlanmasında vasitəçi olan, ikili vətəndaşlığa mənsub şəxslərin pasportlarındakı barmaq izləri və şəkilləri dəyişdirməkdə peşəkarlaşmış saxta şirkət mənsubları da həbs olunub.
Şəbəkə daha çox FETÖ terror təşkilatına və adları digər terror təşkilatlarının siyahısında olanlara xidmətdə təqsirləndirlir.
Axtarış əməliyyatları nəticəsində haqqında həbs qərarı verilən, dövlətdən gizlənən, saxta pasportla ölkədən qaçmaq istəyən terrorçular da həbs edilib.
Qeyd edək ki, 500 nəfərlik heyətin iştirakı ilə aparılan mübarizə tədbirlərində 161 şübhəli haqqında saxlanma qərarı verilib, onlardan 72-nin axtarışları davam edir.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22