
ABŞ kibertəhlükəsizlik üzrə yeni bölmə yaradır
ABŞ Milli Təhlükəsizlik Agentliyi ölkənin kənar kibertəhdidlərdən qorunması ilə məşğul olacaq kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq. “Kibertəhlükəsizlik üzrə direktorat” (Cybersecurity Directorate) adlanacaq yeni bölmə 1 oktyabr 2019-cu il tarixindən etibarən fəaliyyətə başlayacaq.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, bölmənin direktoru bilavasitə Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Pol Nakasoneyə hesabat verəcək Enn Noyberger təyin olunacaq.
Milli Təhlükəsizlik Agentliyi ABŞ-ın hücum kiberarsenalının hazırlanması və təkmilləşdirilməsi ilə məşhurdur. Yeni “Kibertəhlükəsizlik üzrə direktorat”ın rolu isə ABŞ təşkilatlarının təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasından və onlara qarşı hücumların aşkarlanmasından ibarət olacaq.
“Kibertəhlükəsizlik üzrə yeni yanaşma Milli Təhlükəsizlik Agentliyinin ABŞ hökumətində Kibernetik Komandanlıq, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu kimi əsas tərəfdaşlarla əməkdaşlıqda mövqeyini möhkəmləndirəcək”, – agentliyin bəyanatında vurğulanır.
Qeyd olunan idarələrlə əməkdaşlıq edəcək “Kibertəhlükəsizlik üzrə direktorat” onlarla kəşfiyyat məlumatları və boşluqların qiymətləndirilməsi mübadiləsini edəcək.
Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20