148
14:44
20 İyul 2019

Prezident İlham Əliyev Belçika Kralını təbrik etdi

Azərbaycan Prezident İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçika Kralı Əlahəzrət Fillipi təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı belçikalıları öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram”.