Ali məktəblərə imtahansız qəbul olmaq istəyən 14 mindən çox subbakalavr qeydiyyatdan keçdi
18 iyul 2019 10:38 (UTC +04:00)

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən 14 mindən çox subbakalavr qeydiyyatdan keçdi

“Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 14612 subbakalavr qeydiyyatdan keçib”. 
 
Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə  deyib. O bildirib ki, subbakalavrların elektron ərizələrinin qəbulu bu gün başa çatıb.
 
Qeyd edək ki, elektron ərizə qəbulu 2019-cu il iyunun 13-dən başlayıb. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar