
Röyaya bağışlanan villa 500 min dollara satılır - FOTO - VİDEO
Əməkdar artist Röya Ayxana keçmiş qayınatası, “Çudo Peçka” dükanlar şəbəkəsinin sahibi Çingiz Cəlilov tərəfindən hədiyyə edilən villa satışa çıxarılıb.
Lent.az “Müsavat”a istinadən xəbər verir ki, evin satış qiyməti 500 min dollar (təxminən, 850 min manat) olaraq dəyərləndirilib.
Bildirilir ki, Nabranda yerləşən malikanə 1 hektar sahəsi olan meşəlik ərazidə yerləşir.
Qeyd edək ki, sözügedən villa sənətçinin doğum günündə ona hədiyyə edilib. Lakin sonradan “Çudo Peçka” mağazalarının vergi borclarına görə ailə iflas edib. Bu səbəbdən iş adamının biznes şəbəkəsinə daxil olan bütün əmlaklar müsadirə olunaraq əlindən alınıb.
Onu da bildirək ki, R.Ayxan Çingiz Cəlilovun oğlu Anar Cəlilovla ailəli olub. Onların bu evlilikdən Hüseyn adlı oğulları dünyaya gəlib.
Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35
İbrahim Tatlısəsin sünnət olunduğu yaşı ilk dəfə AÇIQLANDI, eşidən hər kəs mat qaldı
8 iyul 2025 , 19:46