20:33
13 İyul 2019

İranda baş vermiş atışmada bir nəfər ölüb

Tehranda baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat yayıb.

Telekanalın mənbəyinə görə, insident İran paytaxtının şimalındakı meydanların birində qeydə alınıb.

Hadisənin digər təfərrüatları və səbəbləri barədə hələlik bir məlumat verilməyib.

Dİgər xəbərlər