Qanunsuz içkilər <span style="color:red;">MƏHV EDİLİB
09 iyul 2019 12:55 (UTC +04:00)

Qanunsuz içkilər MƏHV EDİLİB

Ötən 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb.
 
Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu müddət ərzində sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, maddi-texniki bazanın formalaşdırılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. 
 
Agentlik sədri bildirib ki, ötən 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib. 
Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək müddətdə bu cür imtina hallarının sayı 36 idi.
 
Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib.
 
Agentlik tərəfindən həyata keçirilən yoxlamalar zamanı insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 134 təsərrüfat subyekti haqqında 140 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar