463
11:22
03 İyul 2019

Teymur Əmrah GİLEYLƏNDİ: "Bilsəydim, bu sənətə gəlməzdim"

Əməkdar artist Teymur Əmrah müğənnilik sənətinə gəldiyi üçün peşman olub.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “5/5” verilişində deyib: “1977-ci ildə “Uçun bizim mahnılar” verilişi var idi. Biz o verilişlərə çıxanda istəyirdik ki, küçədə gəzəndə bizi hamı tanısın. Amma o vaxt bilsəydim ki, belə bir şou-biznesə, qarışıqlığa gələcəm, heç bu sənətə gəlməzdim. Bu sənətdən qaçardım. Sovet dövründə Sara Qədimova, Şövkət Ələkbərova barədə kimsə nəsə desəydi, kulis arxasında danışılardı. Heç kimin də ürəyi bulanmırdı. Amma indi iki müğənninin qalmaqalı olur, efirdə danışırlar. Onsuz da ideal insan olmadığı kimi, ideal sənətkar da yoxdu. İdeal Allahdır”.