Günay İbrahimlidən <span style="color:red;">QALMAQALLI AÇIQLAMA : "Onlarla..."
02 iyul 2019 13:29 (UTC +04:00)

Günay İbrahimlidən QALMAQALLI AÇIQLAMA: "Onlarla..."

Müğənni Günay İbrahimli “Hər şey daxil” verilişində qalmaqallı açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, “Youtube”da trenddə yer alan müğənnilərlə eyni sırada olmaq istəmir: "Çox pis hadisələr yaşadım. Ona görə də prodüserlərlə çalışmıram. İndi gözü açığam. Əvvəlki Günay deyiləm daha. İşlə bağlı başqa cür olmuşam. Müğənninin yanında onu çox istəyən olmalıdır. Tendə düşməyi heç istəmirəm. Orada olan müğənnilər sırasında olmaqdansa, sənəti ataram. Özümü onların sırasında görmürəm. Bunlar savadlı musiqi deyil. Onu musiqi adlandırmıram. Onlar biabırçılıqdır. Bir günə mahnıları 10-20 milyon olurlar. Heç onları getdiyim toyda görmürəm".

Qeyd edək ki, hazırda müğənni Şəbnəm Tovuzlu, Damla, Zenfira İbrahimovanın mahnısı trenddədir.

 

# 833
avatar

Yalçın UĞUR

Oxşar yazılar