
Bank vasitəsilə sosial ev almaq istəyənlər - DİQQƏT
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu uğurla davam etdirilir.
Bu barədə Lent.az-a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 11 iyun 2019-cu il tarixindən etibarən başlanan müraciətlərin qəbulu agent banklar tərəfindən həyata keçirilir.
Beləliklə, ötən 12 bank iş günü ərzində 354 vətəndaş ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etmiş, həmin şəxslərdən 160 nəfəri ilkin razılıq qərarını əldə edərək elektron kabinetlərində yerləşdirilməsini təmin etmişdir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlar ilkin razılıq qərarını əldə etməli və “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19