Mingəçevirdə içki məclisi davaya çevrilib, bir nəfər güllə yarasından ölüb - <span style="color:red;">FOTO  - <span style="color:red;">YENİLƏNİB
25 iyun 2019 22:11 (UTC +04:00)

Mingəçevirdə içki məclisi davaya çevrilib, bir nəfər güllə yarasından ölüb - FOTO - YENİLƏNİB

Mingəçevirdə baş vermiş ölüm hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, cinayət hadisəsi içki məclisi zamanı baş verib.

Belə ki, yüngül təbiətli qadınların da  yer aldığı məclisdə kimliyi tam müəyyənləşdirilməmiş ev sahibi ilə  qonaqlardan biri olan Zülfüqar adlı şəxs arasında yaranan  mübahisə münaqişəyə çevrilib. Ev sahibi  sərt şəkildə döyülüb və çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silah götürərək  atmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı silahdan açılan atəş  nəticəsində güllə İncilli Akif təxəllüsü ilə tanınan  şəxsə dəyib və  o, hadisə yerində keçinib.

Hazırda hadisə yerində araşdırma aparılır, ölənin, xəsarət alanların və münaqişə iştirakçılarının kimliyi müəyyən olunur.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

***
Saat 19:54
Mingəçevirdə qətl hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.
Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb. 
# 7852
avatar

Oxşar yazılar