Sərnişinlər buna görə daha çox şikayət edirlər– <span style="color:red;"> RƏSMİ
25 iyun 2019 12:16 (UTC +04:00)

Sərnişinlər buna görə daha çox şikayət edirlər– RƏSMİ

“Qaynar xəttə mütəmadi daxil olan sorğuların hesabatını hazırlayarkən diqqətimi sərnişinlərin ən çox verdiyi bir sual cəlb etdi və istərdim ki, bu məqama bir də aydınlıq gətirim”.
 
Lent.az məlumat verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib. O qeyd edib ki, sərnişinlər bileti kassadan reysə bir neçə gün qalmış əldə edəndə qanunsuz əlavə vəsaitin alındığını iddia edirlər:
 
“Həmin məbləğ qanuni komisyon olan muzdlu haqqdır. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinın müvafiq qərarına əsasən şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda biletlərin əvvəlcədən satışına görə sərnişinlərdən, o cümlədən güzəştli gediş hüququna malik olan şəxslərdən müəyyən edilmiş məbləğdə komisyon muzdu alınır. Yəni, alınan vəsait qanunsuz deyil”.
 
N.Allahyarova əlavə edib ki, muzdlu haqqa görə qəbz də verilir.
# 596
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar