Toliklə Nazilə arasında <span style="color:red;">QALMAQAL DÜŞDÜ : "Röyanın..." - <span style="color:red;">FOTO
25 iyun 2019 11:04 (UTC +04:00)

Toliklə Nazilə arasında QALMAQAL DÜŞDÜ: "Röyanın..." - FOTO

Prodüser Toliklə ( Tarix Əliyev ) şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Lent.az-ın məlumatına görə, şairə ötən gün müğənni Xatirə İslamın qardaşının toyunda əməkdar artist Röya Ayxanla rəqs edərkən çəkilmiş videosunu sosial şəbəkədəki səhifəsinə yükləyib. Həmin görüntüyə Tolik “Röya ilə oynamağına necə sevinirsən” şərhini yazıb. Nazilə isə prodüserin şərhini silib. Onun bu addımı isə prodüserin xoşuna gəlməyib:

 

“Deyirəm ki, xain xoflu olar. Nazilə də xofludur. Videonu səhifəsində paylaşmışdı. Mən də yazdım ki, Röya ilə oynadığına necə sevinir. Şərhimi tez silib. Burda pis nə var ? Mən də onun özünü sildim, atdım “bloka”. Mənimk kimsədən nə asılacağım, nə də qorxacağım, nə də keçəcəyim var. Röyanın onsuz da belə şeydə bəxti yoxdur. Kimi səmimi olar, üzünə gülər, amma cürətləri çatmaz ki, yazsınlar ki, nə yaxşı ki, varsan”.

# 882
avatar

Yalçın UĞUR

Oxşar yazılar