
“Uşaq əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirləri görülməlidir” - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyunun 22-də “Meqafun” əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin yaralanması ilə bağlı valideynlərə müraciət edib.
Lent.az-ın xəbərinə görə, müraciətdə Komitənin baş verənlərdən təəssüfləndiyi bildirilir. Qeyd olunur ki, hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür: “Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".
Müraciətdə bildirilir ki, valideynlərin yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur: "Valideynlər yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmalıdırlar".
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16