
® “Organic Food Festival”ı uğurlu keçdi - FOTOLENT
Bakıda ilk dəfə təşkil olunan “Organic Food Festival” uğurla işinə davam etdi.
Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival”-ın əsas məqsədi dünya təcrübəsini ölkəmizə gətirərək həm "Made in Azerbaijan" brendini təşviq etmək, həm yerli və xarici qida istehsalçıları ilə yaxından tanışlıq, həm də festival iştirakçılarının əyləncə dolu vaxt keçirməsidir.
Festival Sirab, Sab, Ülker, Milenium, Atena brendlərinin sponsorluğu, FAO, TÜİB, AQSİA, Azpromo, Milli Kulinariya Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Eyni zamanda festivalda yerli sahibkarlığı dəstəkləmək məqsədi ilə 40-dan çox istehsalçı şirkətin də stendləri qurulub.
Müxtəlif maraqlı müsabiqələr, master klasslar, musiqi proqramları, sevimli markalardan yüzlərlə hədiyyələr, yeni markaların məhsul və xidmətləri ilə daha yaxından tanışlıq, həmçinin DJ-lərin iştirakı ilə şou saat 10:00-dan 23:00-dək ziyarətçilərə açıq oldu.
Azərbaycanda ilk dəfə təşkil olunan və ekoloji sağlam qida məhsullarını nümayiş etdirən festival Dövlət Aqrar Ticarət Şirkəti, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB) və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə təşkil olunub.
Daha ətraflı: www.foodfestival.az
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06