
AŞPA-nın yay sessiyası başlayır
İyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.
APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, sessiya çərçivəsində qadınlara, uşaqlara qarşı zorakılıq, gender bərabərliyi, zehni sağlamlıq sahəsində insan hüquqlarına əsaslanan yanaşma, “2020-2021- ci illərdə Avropa Şurasının büdcə və prioritetləri”, “Suriyadakı vəziyyət: siyasi həll yolu üçün perspektivlər” mövzularında müzakirələr aparılacaq.
Sessiya zamanı Avropa Şurasının baş katibi seçiləcək. Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin və Portuqaliya prezidenti Marcelo Rebelo de Sousanın çıxışı gözlənilir.
Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sessiya çərçivəsində “Miqrant uşaqlara zorakılıq və istismarın qarşısının alınması” mövzusunda islandiyalı məruzəçi Rosa Bjork Brinyolfsdottir ilə birgə çıxış edəcək.
Qeyd edək ki, yay sessiyası çərçivəsində Avropa Şurasının yaranmasının 70 illik yubileyi də qeyd olunacaq. Sessiya iyunun 28-də başa çatacaq.
Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27