Maşının kondisioneri haqqında bunları bilmirdik - <span style="color:red;">USTA DOĞRULARI AÇIQLADI
23 iyun 2019 14:23 (UTC +04:00)

Maşının kondisioneri haqqında bunları bilmirdik - USTA DOĞRULARI AÇIQLADI

"Yay mövsümü başlayarkən mütləq maşındakı kondisioneri ustaya göstərmək lazımdır".
 
Bu sözləri Lent.az-a açıqlamasında maşın ustası Bəxtiyar Əliyev deyib. O bildirib ki, buna səbəb kondisionerin uzun müddət istifadəsiz qalmasıdır:
 
"Ümumiyyətlə, həmişə məsləhət görürük ki, yaydan digər fəsillərdə də kondisioner qısa müddət olsa da yandırılsın. Həmçinin mövsüm başlayarkən kondisioner qazlarının miqdarı xüsusi aparatlar vasitəsilə ölçülməli və lazım olanlar edilməlidir. Bundan başqa, kondisionerin pərdəsi mütləq yuyulmalıdır, çünki o uzun müddət istifadəsiz qaldıqda toz yığınağına çevrilir. Tozun olması isə onun sərinlətməsinə problem yaradır".
 
B.Əliyev  əlavə edib ki, kondisionerdə olan filterlərin ildə 2-3 dəfə dəyişilməsi gərəklidir:
 
"Bu baş vermədikdə kondisioner zəifləyir və getdikcə maşından pis qoxu gəlir. Pis qoxunun səbəbi isə kondisionerdəki toz olur. Havalar istiləşərkən toz nəmlənir ki, bu da kondisioner qoşulduqda maşında qəribə qoxunun yaranmasına səbəb olur. Bir çox sürücülər bütün bunlara riayət etmir. Ondan sonra isə maşındakı kondisioner sistemini güclə əmələ gətiririk. Bu cür problemlərin olmaması üçün ustaya göstərmək vacibdir".
 
Maşın ustası uzaq səfərə çıxanlar üçün də məsləhət verib:
 
"Kondisioner uzun müddət işlədikdə əvvəlki qədər soyutmaya bilir. Çünki isti digər maşının hissələri ilə yanaşı kondisionerə də təsir edir. Yaxşı olar ki, yolda qısa fasilələr zamanı kölgəlikdə maşını saxladıqdan sonra kondisioner də keçirilsin, bu olmadıqda isə bəzən pəncərə də açılaraq kondisionerə "istirahət" də vermək olar".
# 1516
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar