Sabahdan bütün ölkə üzrə "Azercell" satış mərkəzləri şirkətin yeni loqosu ilə fəaliyyət göstərəcək
22 iyun 2019 00:21 (UTC +04:00)

Sabahdan bütün ölkə üzrə "Azercell" satış mərkəzləri şirkətin yeni loqosu ilə fəaliyyət göstərəcək

 

Sabahdan bütün ölkə üzrə "Azercell" satış mərkəzləri şirkətin yeni loqosu ilə fəaliyyət göstərəcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, yeni korporativ nişanın yeni konsepsiyası olaraq "Azercell" şirkəti bazarda yeni rəqəmsal həllər təqdim edən şirkət kimi fəaliyyət göstərəcək.

"Bildiyiniz kimi, ötən ilin mart ayında "Azercell"in təsisçiləri dəyişdi. Və dünya praktikasında belədir ki, yeni təsisçi mütləq öz korporativ loqosunu təqdim edir. "Azercell" şirkəti də yeni korporativ loqosu ilə bundan sonra öz fəaliyyətini davam edəcək", - deyə V.Mürsəliyev qeyd edib.

O həmçinin əlavə edib ki, yeni loqo dünyanın məşhur şirkəti olan "Saffron" şirkəti tərəfindən hazırlanıb.

"Loqonu hazırlanmasına təxminən 5 ay öncə başlanılıb. Loqonu hazırlayan şirkət tender əsasında seçilib. Saffron şirkəti bir neçə variantda loqotipin eskizlərini hazırlayıb və təqdim edib. Müzakirələr aparılandan sonra biz qərara gəldik ki, bu gün təqdim olunan loqotipi seçək", - deyə V. Mürsəliyev əlavə edib.

# 678
avatar

Oxşar yazılar