208
14:21
21 İyun 2019

DOST mərkəzinə 10 mininci vətəndaşın müraciəti qeydə alındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 10 mininci vətəndaşın müraciəti qeydə alınıb.

Nazirlikdən Lent.az -a bildirilib ki, müraciəti paytaxtın Səbail rayon sakini, 57 yaşlı Mehman Nəsibov edib. Vətəndaş birdəfəlik maddi yardımla bağlı DOST mərkəzinin xidmətindən faydalanıb. 10000-ci müraciətin sahibi olan M.Nəsibova bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. M.Nəsibov dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb.

Qeyd edək ki, 2019-cu il mayın 9-da açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.