Məhkəmə Saakaşviliyə parlament seçkilərində namizəd kimi iştirak hüququ verdi
21 iyun 2019 13:58 (UTC +04:00)

Məhkəmə Saakaşviliyə parlament seçkilərində namizəd kimi iştirak hüququ verdi

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin 5 il davamlı şəkildə Ukraynada yaşamaq hüququnu təsdiqləyib. 
 
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu Mixeil Saakaşvilinin parlament seçkilərində namizəd kimi qeydiyyatdan keçməsinə imkan yaradacaq. 
 
 
Qeyd edək ki, mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. Ukraynaya qayıdan Saakşvili "Yeni qüvvələrin hərəktaı" partiyası ilə iyulun 21-də keçiriləcək parlament seçkisində iştirak edəcəyini bildirib. Lakin Saakaşvilinin uzun müddət Ukrayna ərazisində yaşamaması ilə əlaqədar onun seçkidə iştirakına icazə verilməyəcəyi bildirilirdi.
# 654
avatar

Oxşar yazılar