
Sirrozdan əziyyət çəkən aktyora Heydər Əliyev Fondunun yardımı ilə qaraciyər köçürüləcək
“Hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında müalicəmi davam etdirirəm. Müalicə proseduru keçirəm. Həkim nəzarətindəyəm”.
Bu sözləri APA-nın yerli bürosuna açıqlamasında qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov deyib.
Y. Səlimov bildirib ki, müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Aktyor qeyd edib ki, donorun analizlərinin cavabları məlum olduqdan sonra ona qaraciyər köçürüləcək.
O, həmçinin bildirib ki, müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb: “Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə mənə qaraciyər köçürüləcək".
Qeyd edək ki, Y. Səlimovun bu ilin mart ayında xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.
Oxşar yazılar

Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23