BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin ekspertləri tərəfindən “World Population Prospects 2019” adlı illik hesabat dərc olunub. Hesabat çərçivəsində dünya əhalisinin dəyişmə tendensiyaları təhlil olunub.
APA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, dünya əhalisinin artımı davam edir, lakin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Hazırda əhalinin artım templəri 1950-ci ildən etibarən minimaldır və bu da fertilliyin (nəsilvermə qabiliyyəti) kəskin azalması ilə bağlıdır.
Ekspertlərin proqnozlarına əsasən, 2050-ci ilə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq və artımın əsas hissəsi Cənubi Afrika ölkələrinin payına düşəcək.
Ən çox əhalisi olan ölkələrin reytinqi:
# |
Ölkə |
2019-cu ildə əhalinin sayı, mln. nəfər |
2050-ci ilə olan proqnoz, mln. nəfər |
1 |
Çin |
1 434 |
1 402 |
2 |
Hindistan |
1 366 |
1 639 |
3 |
ABŞ |
329 |
379 |
4 |
İndoneziya |
271 |
331 |
5 |
Pakistan |
217 |
338 |
6 |
Braziliya |
211 |
229 |
7 |
Nigeriya |
201 |
401 |
8 |
Banqladeş |
163 |
193 |
9 |
Rusiya |
146 |
136 |
10 |
Meksika |
128 |
155 |