
"Azərbaycanda radikalizmin və ekstremizmin bazası yoxdur" - Səyavuş Heydərov
“Azərbaycanda radikalizmin və ekstremizmin bazası yoxdur və ölkədə belə bir qruplaşma mövcud deyil”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
O bildirib ki, Azərbaycanda dini durum sabitdir: "Bu sahədə dövlətin qayğısı da kifayət qədərdir. Dini etiqad qorunur və bütün inanclı insanların dini etiqadını həyata keçirməsi üçün şərait yaradılıb. Bunun sayəsində də ölkəmizdə mükəmməl dini birlik mövcuddur".
Sədr müavini bildirib ki, dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğrayıb: "Onun yerini radikal tendensiyalar, qruplaşmalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Ona görə də Azərbaycanda görülən bu işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Azərbaycan dünyada sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Zaman gələcək Azərbaycanın bu səyləri dünyada tarixi hadisəyə çevriləcək".
Sədr müavini qeyd edib ki, Azərbaycana dini müstəvidə təhdidlər güclüdür: "Hər bir fürsətdən istifadə edib yad ideologiyaları Azərbaycana ixrac etəməyə çalışırlar. Ona görə də hər Azərbaycan vətəndaşı mili-mənəvi dəyərləri mənimsəməli, öyrənməli və öz həyatına tətbiq etməlidir".
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04