Sumqayıtda ağır qəza: 1 nəfər öldü, 4 nəfər yaralandı
18 iyun 2019 12:22 (UTC +04:00)

Sumqayıtda ağır qəza: 1 nəfər öldü, 4 nəfər yaralandı

Bak-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun 56-cı kilometrliyində, Sumqayıtın “Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.  "Toyota RAV" markalı avtomobilini sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Rəsmiyyə Zöhrab qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan digər 4 nəfər isə xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 593
avatar

Oxşar yazılar