Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı
18 iyun 2019 12:13 (UTC +04:00)

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 378
avatar

Oxşar yazılar