
Hansı halda şirkətin və şəxsin BOKT-un kapitalındakı payı geri alınacaq?
Maliyyə Bazarlarına Nəzarət Palatası 4 halda bank olmayan kredit təşkilatının (BOKT) kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edəcək.
APA-nın məlumatına görə, bu, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Palata aşağıdakı hallarda məhkəməyə müraciət edəcək:
- hüquqi şəxsin icra orqanının üzvləri (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və fiziki şəxs vətəndaş qüsursuzluğuna malik olmadıqda;
- BOKT-un maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə BOKT-a təsir göstərildikdə;
- xarici bankın və ya BOKT-un bank lisenziyası ləğv edildikdə;
- xarici bank və ya BOK-un yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarət orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.
Palatanın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxmalıdır.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08