Yəmən yenə qarışdı: <span style="color:red;">Səudiyyə husilərə hücum etdi
15 iyun 2019 19:40 (UTC +04:00)

Yəmən yenə qarışdı: Səudiyyə husilərə hücum etdi

Səudiyyənin başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Sənada Husi qüvvələrinə hava zərbələri endirib.
 
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində şəhərin husilərin nəzarətində olan hissəsi bombardman edilib. İtkilər və yaralılar barədə hələlik məlumat verilmir.
 
Bu zərbələr husilərin bir neçə gün əvvəl Səudiyyənin hava limanına raket hücumuna cavab kimi qiymətləndirilir. 
 
Rəsmi mənbələrin açıqlamasına görə, Abha hava limanına husilərin hücumu nəticəsində 26 nəfər xəsarət almışdı.
 
# 860
avatar

Oxşar yazılar