
Azərbaycan millisinin sabiq futbolçusu "Qəbələ" ilə müqavilə bağladı
2019-2020-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
APA-nın məlumatına görə, “qırmızı-qaralar” Sadiq Quliyevlə 1 illik müqavilə imzalayıb.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər bu komandanın formasını geyinəcək.
Sadiqin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində oynayıb. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək Kamal Mirzəyevlə müqavilə imzalayıb.
Oxşar yazılar

"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51