
“Gələcəyə doğru” məzun gecəsi keçirilib
İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.
C.Bayramov Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra tədbirdə bildirilib ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizin gələcəyi üçün müasir dünyagörüşə malik, yüksək intellektli gənclərin hazırlanmasına yönəldilib.
Eyni zamanda, 2018-2019-cu tədris ilinin uğurları diqqətə çatdırılıb, qarşıda duran hədəflərdən danışılıb.
Tədbir konsert və əyləncə proqramı ilə davam etdirilib.
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12