
Bakı Parlament Platforması təsis olundu - FOTOLENT
Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis olunub.
APA-nın xəbərinə görə, təsis konfransında Azərbaycan Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclisin deputatı Sahibə Qafarova, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç, TBMM-in Daxili işlər komitəsinin üzvü Mustafa Hilmi Dülger iştirak edib.
Onlar çıxışlarında bu platformanın sülhə, dialoqa töhfə verəcəyini qeyd ediblər.
Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək üçün hər ilin iyun ayında Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı keçiriləcək.
Azay Quliyev "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın koordinatoru seçilib.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13