
Bakı Parlament Platforması yaradılır
Bu gün Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə yaxın əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı keçirilir.
APA-nın məlumatına görə, tədbirdə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, Almaniya, Türkiyə və Azərbaycanın deputatları, səfirləri və media nümayəndələri iştirak edir.
Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin 3 ölkənin parlamentarlarından ibarət Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.
Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması çərçivəsində Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransının hər ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48