

Müəllimlərin iş yerinin dəyişdirilməsinin YENİ qaydası - AÇIQLAMA
“Dünən axşam, iyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Artıq müəllimlərin işə qəbulu prosesində olduğu kimi, yerləşməsi də mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, bu da şəffaflıq üçün vacib amildir”.
Bu sözləri Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Təhsil nazirliyinin tətbiq etdiyi elektron sistemin bir neçə maraqlı xüsusiyyəti var:

“Deməli, hansısa vakansiyanı seçəndə o yeri seçmiş ən yüksək balı görə bilirsən və sənin az balla oranı seçməyinin heç bir faydası olmayacaq, ona əminsən. Ona görə də, bu tipli elektron ərizə qəbulunda seçim edənlər son saatlara qədər gözləyir ki, baxım, hansı yerdə balımdan aşağı yerlər var onu seçim.
Müəllimlərin yerdəyişməsi elektron sistemə keçməmişdən əvvəl bunu məktəb direktoru rayon təhsil şöbəsi ilə "razılaşdırıb" həyata keçirirdi və bir çox hallarda bu proses "nəyinsə" qarşılığında baş tuturdu. İndi isə heç kimi görmədən, MİQ və ya DQ balı ilə sistemdən qeydiyyatdan keçib yaradılmış imkandan istifadə edirsən”.
Təhsil eksperti əlavə edib ki, sistemi yoxlamaq üçün özü də qeydiyyatdan keçib:
”Maşallah nəticəsi yüksək olan kifayət qədər müəllim var idi. Xüsusi ilə ibtidai sinif müəllimləri arasında 59 balla seçim edənlər. Sosial səbəblərdən yerdəyişmə edənlərə də üstünlük verilir. Yəni kimsə şəhid ailəsi, məcburi köçkün, hərbçi ailənin üzvüdürsə onların MİQ və ya DQ balı fərqli hesablanır.
Arzu edirəm ki, müəllimlər təkcə iş yerlərini dəyişməsin, eyni zamanda təhsilin keyfiyyətini və təhsilə yanaşmanı müsbətə doğru dəyişsin”.
Oxşar yazılar

"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39