Boşanan Dilarə ərə gedir? - <span style="color:red;">"Uşaq dünyaya gətirəcəyim..."
05 iyun 2019 18:37 (UTC +04:00)

Boşanan Dilarə ərə gedir? - "Uşaq dünyaya gətirəcəyim..."

Müğənni Dilarə Kazımova şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişinə açıqlamasında bildirib ki, onunla ailə qurmaq istəyənlər çoxdur: "Sosial şəbəkələrdə səni sevirəm yazanlar çoxdur. Amma bilmirəm, həqiqətən sevirlər, ya yox?! İnsan seviləndə daha da ruhlanır. Qismətə çox inanıram. Çox sevəcəyim və ondan uşaq dünyaya gətirmək istəyəcəyim adamı hələ ki, tapmamışam. Zamanı gəlincə hər şey olacaq. Hal-hazırda bir kitab oxuyuram." Orada yazılıb ki, siz indi yaşadığınız zamanı sevməlisiniz. Çünki fikirlərimiz bizi həm öldürə, həm də xoşbəxt edə bilər. Hər dəfə ya keçmişi yad edirik, ya gələcəyi xəyal edirik. Düzgün deyil. Anı yaşamaq lazımdır. Bu vacibdir". 

 

Qeyd edək ki, D.Kazımova bir dəfə türkiyəli bəylə ailə qurub və boşanıb.

# 3026
avatar

Yalçın UĞUR

Oxşar yazılar