Bayramda avtovağzallar gücləndirilmiş iş rejiminə keçəcək -<span style="color:red;"> RƏSMİ
03 iyun 2019 11:00 (UTC +04:00)

Bayramda avtovağzallar gücləndirilmiş iş rejiminə keçəcək - RƏSMİ

Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi iyunun 4-dən 7-nə qədər davam edəcək. 
 
Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
 
Xidmətdən vətəndaşlara səslənilərək bildirilib ki, bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərini riskə atmasınlar.
 
Məlumatda o da qeyd edilib ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. 
 
DANX sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 562-67-58 nömrəsinə zəng edərək məlumat versinlər.
 
"Hello Nature-from the Capital to Nature" layihəsinə uyğun aksiyanın davamı olaraq regionlara səfərlərlə bağlı məlumat kitabçalarını nəqliyyat könüllülərimiz Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Hava Limanında və Fəvvarələr Meydanında turistlərə təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar