Şou-biznesdə növbəti barışıq baş tutdu - VİDEO
02 iyun 2019 16:49 (UTC +04:00)

Şou-biznesdə növbəti barışıq baş tutdu - VİDEO

Şou-biznesdə növbəti barışıq baş tutub.
 
Bu dəfə müğənnilər Xatun Əliyeva ilə Elnarə Xəlilova küsülülüyə son qoyublar. Onları Xatunun prodüseri Pənah bir araya gətirib.
 
"Barışıq deyəndə, biz küsməmişdik. Anlaşılmazlıq olmuşdu aramızda. Heç vaxt Xatun haqqında pis fikir söyləməmişəm. Bizə mehribançılıq yaraşır" deyə, Elnarə bildirib.
 
Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində "Elnarəyə qadağa qoyardım. Gedib evdə oturub uşaqlarına baxsın" sözlərini demişdi. Onun bu sözləri qarşı tərəfi özündən çıxarmışdı.
 
(axşam.az)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar