![[b]Azərbaycanın bu rabitə operatoru FƏALİYYƏTİNİ DAYANDIRDI[/b]](https://lent.az/storage/news/2019/may/27/big/1a451ed79d89d201440c313fd6509f99.jpg)
[b]Azərbaycanın bu rabitə operatoru FƏALİYYƏTİNİ DAYANDIRDI[/b]
Azərbaycanın simsiz CDMA rabitə operatoru olan “Aztrank” fəaliyyəti tam dayandırdı. Bu barədə ONA-ya şirkətdən bildirilib.
Şirkətdən verilən məlumata görə, hazırda “Aztrank”ın CDMA abunəçiləri istifadə etdikləri mövcud nömrələri saxlamaqla “Baktelecom” MMC tərəfindən stasionar rabitəyə qoşulurlar.
“CDMA rabitə xidmətləri üzrə Aztrank”a avans ödəyən abunəçilərə ödədikləri məbləğ onlar tərəfindən edilən müraciətlərə əsasən geri qaytarılır”, - deyə şirkətdən bildiriblər.
“Aztrank”dan həmçinin bildirilib ki, son 3 il ərzində şirkət faktiki olaraq ziyanla fəaliyyət göstərib və ötən müddət ərzində “Baktelecom” qarşısında kifayət qədər borc yaranıb.
“Borc əsasən nömrə tutumlarının icarəsi üzrə yaranıb. Belə ki, əyər əvvəllər hər bir nömrənin icarəsinə “Azrtank” tərəfindən 2,5 manat ödənilirdisə, bu məbləğ artırılaraq 7,5 manata çatdırıldı. Abunəçilərin isə böyük əksəriyyəti 3,8 manatlıq aylıq limitli paketdən istifadə edirdi. Əlbəttə, burada böyük fərq yaranır və bunun nəticəsində şirkət zərərlə üzləşirdi”, - deyə “Aztrank”dan bildiriblər.
Qeyd edək ki, “Aztrank” Bakı, Abşeron və Sumqayıtda “437” indeksi ilə simsiz rabitə xidməti göstərirdi. Operatorun abunə bazası son 3 ildə təqribən 5 dəfə azalaraq təxminən 400-ə yaxın təşkil edirdi.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06