2390
09:34
27 May 2019

Tanınmış xanım müğənnimizdən gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Azərbaycanlı müğənni Dilarə Kazımova hər kəsi nikotindən uzaq durmağa səsləyir. Lent.az -ın məlumatına görə, ifaçı sosial çağırış edərək, fotoqraf Xalid Zeynallının obyektivi önünə keçərək, məhz siqaretlə şəkillər çəkdirib. O, bildirib ki, şəkillərin yalnız ağ və qara rənglərdən ibarət olması təsadüfi deyil: " Dünyada görə biləcəyimiz, yaşayacağımız o qədər gözəl rənglər var ki... Siqaret kimi zərərli vərdişlər bütün rəngləri soldurur. Həyatınızı rəngsiz hala gətirməyin. Özünüzü və sağlamlığınızı qoruyun. Dünyanız qara, bozdan yox, əlvan rənglərdən ibarət olsun".

Qeyd edək ki, siqaret və onun yaratdığı xəstəliklər səbəbindən hər il dünyada 6 milyon insan həyatını itirir. Siqaretin tərkibində ən az 300 növ müxtəlif xərçəng əmələ gətirən 4000-ə yaxın zəhərli maddə var. Hər bir nəfəsdə siqaret tüstüsü insan orqanizmində 50 min beyin hüceyrəsini məhv edir. Bu zərərli vərdişin fəsadlarını saymaqla bitməz.