<b>Aygün Kazımovanın "18-" işi üzə çıxdı - <span style="color:red;">FOTO</b>
27 may 2019 09:22 (UTC +04:00)

Aygün Kazımovanın "18-" işi üzə çıxdı - FOTO

Xalq artisti Aygün Kazımova Azərbaycanda ilk dəfə olaraq "18-" adlı karaoke albom təqdim edib. Lent.az-ın məlumatına görə, rəsmi “YouTube” kanalında yayımlanan albomdakı karaokeləri sənətçi pərəstişkarlarının “İnstagram” rəyləri əsasında təyin edib.

 

İfaçı karaokelərdə səslənən “back vocal”-ı belə özü ifa edib.
Aygün Kazımova ilə duet oxumaq arzusunda olanlar üçün isə məşhur “Bir daha” mahnısı məxsusi hazırlanıb. Bundan əlavə, ifasını Aygün Kazımovaya nümayiş etmək istəyən şəxslər öz videolarını #AygunKaraoke işarəsi ilə yayımlaya bilər. Onlar arasından bir bəy və bir xanım seçilərək, Aygün Kazımova ilə şam yeməyinə dəvət alacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar