1462
20:49
25 May 2019

Kanadada təyyarə qəzaya uğrayıb - Pilot və sərnişin öldü

Kanadada kiçikhəcmli təyyarə qəzaya uğrayıb.
ONA TASS-a istinadla xəbər verir ki, hadisə Monrealın təxminən 90 km. şimal-şərqində baş verib.
Hadisə yerinə dərhal təcili yardım qrupları cəlb edilib.
Qeyd edək ki, qəza nəticəsində təyyarənin pilotu və sərnişin vəfat edib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Yerli polis tərəfindən araşdırma aparılır.