![[b]Mahaçqala-Bakı sürət qatarı nə vaxt istifadəyə veriləcək? - TARİX AÇIQLANDI[/b]](https://lent.az/storage/news/2019/may/24/big/476a7fe291219642ee0a975ab824a064.jpg)
[b]Mahaçqala-Bakı sürət qatarı nə vaxt istifadəyə veriləcək? - TARİX AÇIQLANDI[/b]
0
0
Mahaçqala-Bakı sürət qatarının istifadəyə veriləcəyi tarix açıqlanıb.
ONA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Şimali Qafqaz Dəmiryollarının rəisi Vladimir Pyastolovun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Mahaçqala-Bakı sürət qatarının bu ilin payızında istifadəyə verilməsi planlaşdırılır.
Mahaçqala-Bakı sərnişin qatarında müasir vaqonlar sərnişinlərin ixtiyarında olacaq. Sürətli sərnişin qatarının axşam saatlarında hərəkətdə olması planlaşdırılır.
Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə olunur.
Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslərin açılması da planlaşdırılır.
0
0