[b]Atəşkəs rejimi 20 dəfə pozulub[/b]
21 may 2019 09:37 (UTC +04:00)

[b]Atəşkəs rejimi 20 dəfə pozulub[/b]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Kəngərli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
# 857
avatar

Oxşar yazılar