2463
17:17
19 May 2019

Anar Mədətovdan QALMAQALLI AÇIQLAMA

Azərbaycanlı prodüser Anar Mədətov qalmaqala səbəb olacaq açıqlama verib.

Lent.az -a açıqlama verən A.Mədətov bildirib ki, o hazırki dövrdə çoxunu prodüser hesab etmir: ”Özümdən savayı Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov iş görür. Manana Çaparidze ilə işləyən Aqşin var idi, o da çox iş görüb. Mən o biriləri haqqıda deyə bilmərəm ki, nəsə ediblər. Məsələn, Kənan Bayramov ( Red: Röya Ayxanın prodüseri ) yaxşı oğlandı, amma prodüser deyil. Təşkilatçı ilə prodüser fərqli işlərdi. Təşkilatçı təşkil, prodüser isə istehsal edəndir. Azərbaycanda elə bilirlər ki, prodüser müğənnini sıfırdan tanınmış eləməlidir”.

A.Mədətov şou-biznesdə məşhur etdiyi insanların adını da açıqlayıb: “Çox adamı məşhur etmişəm. Mənim heyətimdən elə əməkdar artist Teymur Əmrah çıxıb. O vaxtlar “İmkan” qrupu idi. O heyətdən Aynur Dadaşova, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Natavan Həbibi, İzzət Bağırov, Elton Hüseynəliyev, Samir Piriyev, “Qala” qrupunu tanıtmışam. Bir dənə Natavan Həbibini gördüm ki, etiraf etdi ki, bəli, müəyyən miqdarda pul qoyulub, həmin məbləğdə qazanılıb. Ədalət Şükürov və İzzət Bağırov da etiraf edib”.