1210
17:18
17 May 2019

Yeni doğulan əkiz uşaqlardan biri öldü - Sabirabadda

Sabirabadda yeni doğulan əkiz uşaqlardan biri ölüb.
ONA -nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 16-da rayonun Şəhriyar qəsəbəsindəki düşərgədə məskunlaşan məcburi köçkün, Cəbrayıl rayonunun Mahmudlu kənd sakini, 1998-ci il Əsədova Mülayim Baris qızı doğuşla əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub. Əkiz uşaqlara hamilə olan M.Əsədovanın üzərində mayın 17-də qeysəriyyə əməliyyatı aparılıb.
Əməliyyat zamanı çəkisi 3,8 kq olan oğlan uşağı ana bətnindən sağlam götürülüb. Qız cinsindən olan körpə isə ölüb.