[b]Atəşkəs rejimi 21 dəfə pozulub[/b]
13 may 2019 09:18 (UTC +04:00)

[b]Atəşkəs rejimi 21 dəfə pozulub[/b]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
# 829
avatar

Oxşar yazılar