2701
09:06
11 May 2019

35 müəllifin əsərləri və 11 film DÖVLƏT VARİDATI elan edildi

Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib.
ONA -nın məlumatına görə, əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır:
- Qətran Təbrizi;
- Məhsəti Gəncəvi;
- Əfzələddin Xaqani;
- Nizami Gəncəvi;
- Qazi Bürhanəddin;
- İmadəddin Nəsimi;
- Aşıq Qurbani;
- Şah İsmayıl Xətai;
- Məhəmməd Füzuli;
- Aşıq Abbas Tufarqanlı;
- Molla Pənah Vaqif;
- Molla Vəli Vidadi;
- Qasım bəy Zakir;
- Mirzə Fətəli Axundzadə;
- Həsən bəy Zərdabi;
- Seyid Əzim Şirvani;
- Xurşidbanu Natəvan;
- Mirzə Ələkbər Sabir;
- Nəcəf bəy Vəzirov;
- Aşıq Ələsgər;
- Cəlil Məmmədquluzadə;
- Əbdürrəhim bəy Haqverdiyev;
- Cəfər Cabbarlı;
- Əhməd Cavad;
- Mikayıl Müşfiq;
- Əhməd bəy Ağayev;
- Əli bəy Hüseynzadə;
- Nəriman Nərimanov;
- Məmməd Səid Ordubadi;
- Hüseyn Cavid;
- Əzim Əzimzadə;
- Yusif Vəzir Çəmənzəminli;
- Üzeyir Hacıbəyov;
- Səməd Vurğun;
- Əliağa Vahid.
Dövlət varidatı elan edilən filmlər aşağdakılardır:
- “Sevil ” (1929-cu ildə çəkilmişdir);
- “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;
- “İsmət”(1934-cü ildə çəkilmişdir);
- “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;
- “Almaz”(1936-cı ildə çəkilmişdir) ;
- “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;
- “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;
- “Səbuhi”(1941-ci ildə çəkilmişdir)
- “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;
- “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;
- “Görüş” (1955-ci ildə çəkilmişdir).