![[b]"David Qareci məbədi ilə bağlı komissiya yaradılır" - Gürcüstanın baş naziri[/b]](https://lent.az/storage/news/2019/may/10/big/1e65f2f0b86289ca9ba4f13ae921b5e0.jpg)
[b]"David Qareci məbədi ilə bağlı komissiya yaradılır" - Gürcüstanın baş naziri[/b]
0
0
Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.
ONA-nın Gürcüstan bürosunun “interpressnews” saytına istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.
"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərədaşıq. Məsələ də bu ruhla həll ediləcək", - deyə baş nazir əlavə edib.
Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.
0
0