<b>Nadir Qafarzadəni cərimələdilər - <span style="color:red;">BU HƏRƏKƏTİNƏ GÖRƏ </b>
30 aprel 2019 17:23 (UTC +04:00)

Nadir Qafarzadəni cərimələdilər - BU HƏRƏKƏTİNƏ GÖRƏ

Müğənni Nadir Qafarzadə Gürcüstanda qaydaları pozduğuna görə cərimə ödəyib.

 

Lent.az-ın məlumatına görə, məşhur bu barədə “3 canlı” verilişində danışıb: “Bu yaxınlarda Gürcüstana “Ay dəli-dəli” adlı klipimi çəkməyə getmişdik. Orada yolda gedəndə siqaretin kötüyünü yerə atdım, dərhal polis məni saxladı və 25 dollar cərimə yazdı. Etiraf edirəm, bu hərəkətim özümün də xoşuna gəlmədi. Tərbiyəsizlik etdim, buna görə də üzr də istədim. Söylədilər ki, üzr heç nəyi dəyişmir. Cəriməyə görə pis olmadım, sadəcə, etdiyim hərəkətə görə narahat oldum”.

 

Qeyd edək ki, N.Qafarzadə bu ay Gürcüstana getmişdi. O, klipinə “Gürcüstan gözəli” seçilən qızı da çəkmişdi.

 

# 2535
avatar

Yalçın UĞUR

Oxşar yazılar