621
13:49
26 Aprel 2019

Azərbaycan kinosunun Naziki dünyasını dəyişdi

Aktrisa Məleykə Ağazadə 90 yaşında dünyasını dəyişib. Bu barədə Lent.az -a Teatr Xadimləri İttifaqından məlumat veriblər.

Aktrisa yüksək qan təzyiqindən dünyasını dəyişib. M.Ağazadə Bakıda dəfn olunub. Bu gün üç mərasimidir.

Məleykə Ağazadə geniş tamaşaçı kütləsinə “Ulduz” filmindən Nazilə xanım kimi tanışdır.

Xatırladaq ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib.