[b]XİN-dən Keşikçidağ monastırı ilə bağlı <span style="color:red;">AÇIQLAMA [/b]
25 aprel 2019 18:52 (UTC +04:00)

[b]XİN-dən Keşikçidağ monastırı ilə bağlı AÇIQLAMA[/b]

"Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur".
 
Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirərkən deyib.
 
"Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - deyə o vurğulayıb.
# 834
avatar

Oxşar yazılar