1520
16:32
24 Aprel 2019

Nailə İslamzadə: "Həyat yoldaşımdan danışım və ya şikayət edim?"

Əməkdar artist Nailə İslamzadə “21 sual” “Youtube” layihəsinin qonağı olub.

Lent.az -ın məlumatına görə, keçmiş diktor verilişdə maraqlı açıqlamalar verib. N.İslamzadə bildirib ki, tamaşaçılar hələ də onu Akif İslamzadənin həyat yoldaşı kimi tanıyır: “Efirə Nailə Uluxanova kimi çıxdım. Ondan 2-3 il sonra İslamzadə oldum. O zamanlar Akif İslamzadəyə görə bu soyad məşhur idi. Hətta Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var, hər şey uyğundur. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. İndiyədək də bunu düşünənlər var”.

Tanınmış diktor proqramda qeyd edib ki, çoxuşaqlı ailə arzusu reallaşmayıb: “Hər kəsin ailəsi var və bu, hamının özünə aiddir. Durum, həyat yoldaşımdan danışım və ya şikayət edim? Mənim üçün ayıb olar. Mənim həyatımdır. Müəyyən şeyləri danışmaq olar. Çox övlad istəyərdim, amma Allah birini qismət etdi”.

Aparıcı çalışdığı telekanaldan ayrılmasından da danışıb: “25 il AzTV-də çalışmışam. Bu müddət ərzində yeddi sədr dəyişib. Daha sonra kanaldan getdim, məni buna məcbur etdilər. Getdiyim ildəki kimi (red: sədr Arif Alışanov olub) gərgin şərait heç vaxt olmamışdı. Tək mən yox, bir çoxu işdən ayrıldı”.